Sentyabrın 1-dən 9-dək Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılacaq.
Senet.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşacaq sərgi “Yeni bir dünya kəşf et” devizi altında keçiriləcək.
Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkətləri təmsil olunacaq. Dördüncü dəfə təşkil olunacaq sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.
Ölkəmizin də sözügedən sərgidə təmsil olunacağı gözlənilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür