
Beynəlxalq Muğam Mərkəzində İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib. Senet.az saytı APA-a istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Konsert proqramının təqdimatından əvvəl İsrailə həsr olunmuş videoçarx nümayiş etdirilib.
İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkənin musiqiçilərinin iştirakı ilə “dostluq və sülh naminə” şüarı altında keçirilən konserti vacib mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Ümid edirəm ki, konsert tamaşaçıların yaddaşında dərin izlər buraxacaq. Musiqi insanlar arasında olan ünsiyyətin vacib növüdür. Musiqi həyatımızda çox vacib rol oynayır. Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Onun İsrail musiqisinə yarım əsrlik töhfəsini bu cür ifadə etmək olar: İsrailin musiqisi Şem Tev Levin olmadan mümkün ola bilməz. Konsertin təşkilatçılığına görə Beynıxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”.
Konsert proqramında “Əsmərim”, “Sən gəlməz oldun”, “Gəl maralım”, “Atəşim var, külüm yox” kimi Azərbaycan mahnıları ifa olunub.
Xanəndə Hüseyn Məlikovu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Soltan Əliyev müşayiət edib.
[gallery columns="4" ids="19180,19181,19182,19183"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür