Yanvarın 25-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı komissiyasının ilk iclası keçirildi.
Nazir ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycanın növbəti üç il müddətinə Baş Konfransın sədri seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik etdi. Komissiya üzvlərinin təsdiq edilməsini ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirən nazir bu sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu xüsusi vurğuladı. Bildirildi ki, son illər ölkə rəhbərliyinin göstərdiyi səylər nəticəsində Azərbaycanın islam mədəniyyətinə inteqrasiyasının çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. Komissiyanın tərkibinə nüfuzlu qurumların və ziyalıların təsdiqləndiyini qeyd edən nazir bu işin öhdəsindən gəlməyə layiqincə nail olunacağına əminliyini ifadə etdi.
2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsini Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi dəyərləndirən nazir bu yöndə işlərin artıq bu gündən başlanılmasının , Muxtar Respublikanın rəhbərliyi və əlaqədar təşkilatları ilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
2015-ci ilin 23-27 noyabr tarixlərində paytaxt Bakıda uğurla keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı sessiyası barədə görüş iştirakçılarını məlumatlandıran nazir İSESCO Baş Konfransına sədrliyin ölkəmiz üçün vacib nüanslarını da diqqətə çatdırdı.
Görüş dəyirmi masa ətrafında müzakirələrlə davam etdi.
Xatırladırıq ki, ölkə Prezidentinin sərəncamı ilə ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir.
Komissiyanın sədri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Komissiyanın üzvləri
Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür