Senet.az Amerika əsilli Meksikalı yazar Gene D. Matlokun “Ey insanlar, hamınız türksünüz!” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, “XAN” nəşriyyatında işıq üzü görən bu kitabın redaktoru f.ü.f.d.,dos. Şəmil Sadiq, Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran isə Sara Sadıqovadır.
Türk Arian köklərimizi unudaraq, özümüzü “Xristianlar”, “yəhudilər” adlandıran bizlər “türklərin tarixi” mənasını verən “Tora”[1]nı “Təqvin”, “Çıxış”, “Levililər”, “Saylar” və “Təsniyə” kimi tanıdıq. İnsanlığın xilası və həyatda qalması üçün açılmalı olan bütün sirləri ilk beş irqdən miras aldıq: Yadu, Turvasa, Druhyus, Anu və Puru. Arianlar da adlanan bu irqlərin hər biri eyni zamanda türk idi və hələ də türkdürlər (Ari, yaxud Kuru).
“Təqvin”in 6-cı babı ən uzaq dövrlərdə, yerdə Nefilim adlı insanların yarandığından bəhs edir:
“Və vaqe oldu ki, yer üzündə adamlar çoxalmağa başlayır. Onların qızları doğulan zaman Allah oğulları insan qızlarının gözəl olduqlarını gördülər. Və seçdiklərini özlərinə arvad etdilər. Və Rəbb dedi: Ruhum insan ilə əbədiyyən yarışmayacaq. Çünki o da ətdəndir. Bunun üçün onun günləri yüz iyirmi gün olacaq. Allah oğulları insan qızlarına çatdıqları və bu qızlar onlara uşaq doğduqdan sonra yer üzündə Nefilim[2] var idi. Bunlar qədim zamandan zorba və şöhrətli adamlar idilər”.
Müqəddəs kitabda Nefilimin ard-arda gələn dalğalar kimi ayaq basdığı ilə bağlı vurulan eyhama[3] diqqət yetirin. “Təqvin”i oxuyan bir çox adam təbii olaraq onların kosmosdan gəldiklərini sezəcək. Başqa hardan gəlmiş ola bilərdilər ki?
Kosmik gəmilərlə ayaq basmışdılar? Bunu kim dəqiq deyə bilər? Finikiyalılar hələ Böyük tufandan əvvəlki sivilizasiyalarının 30 min il yaşı olduğunu qeyd etmişdilər. (Rg Veda History, Rajesvar Gupta; səh. 16). Bu zaman ərzində, həm ictimai, həm də texnoloji baxımdan çox yüksək sivilizasiyaya nail olmuşdular. İnsan əvvəldən işıq sürəti ilə yol getməyibsə, onun kosmosda bu qədər irəli getməyi gözə ala bilməyəcəyini mütəxəssislər də, qeyd edir. “Star Trek” adlı bir televiziya serialını xatırlayıram. Kosmik gəmidəki heyətdən biri hansısa planeti görmək istəyəndə işığa çevrilir və işıqlanırdı.
Əsl xristian kabbalası olan “Tomas İncili”ndə İsa öz davamçılarına və düşmənlərinə özünün də, müridlərinin də işıqdan gəldiyini söyləyir. Əgər nə vaxtsa insan övladının belə bir ağlasığmaz işi bacarması mümkün olarsa, bu bəsit nümunənin də işıqlanması gərəkdir. Beləliklə, onun bədənindəki atom və molekullar özünü insanın Müqəddəs ruhu olan ilk halında yenidən formalaşdıra bilər.
“Əgər səndən “haradan gəldin?” – deyə soruşsalar, onlara “Bizlər işıqdan gəldik, işığın özü ilə uyğunlaşıb vücuda gəldiyi və özünü formalaşdırdığı, onların da görünüşü ilə təzahür etdiyi yerdən” – de. Əgər səndən, “O sənsənmi?” – deyə soruşsalar, “Biz onun övladlarıyıq və yaşayan atanın seçilmiş qullarını görürük”. Əgər səndən “Atanın sənin içindəki işarəsi nədir?” – deyə soruşsalar, onlara “Onun hərəkəti və istirahətidir” – de. (“Tomasın deyişi”. 50)
İsa “Efeslilər 58”-də müridlərinə demək olar ki, eyni şeyləri söyləyir. “…Çünki bir vaxtlar qaranlıq idiniz, fəqət indi Rəbbdə nursunuz, nurun övladları olaraq yeriyin…”
“Hamınız işığın övladlarısınız və gündüzün övladlarısınız, bizlər gecənin və qaranlığın deyilik”.
Əgər burada “işıq” günəş işığı mənasına gəlmirsə, bəs onda hansı mənadadır?
Bütün dinlərin əcdadları günəş işığını müqəddəs saymışlar. “Tövrat” onu Tanrı ilə bir tutur. “O təkcə işıqda yaşamaz, (Çıxış 24-10:1; Tim: 110:16) eyni zamanda onu üstünə də geyinmişdir (Ps. 104-2); o, işıqdır”. (1 Yuhanna 1:5) Bu səbəbdən də Tanrı inkarnasiya olduğu zaman, ona “dünya-nın işığı” deyilmişdir (Yuhanna 1; 1-18; 18:12): İşıqda yeri-mək qurtuluşu gətirər (Yuhanna 8:12; 12:36; 1 Yuhanna 1:12; 12:36; 1 Yuhanna 1:77; 2 Kor. 4:6, vb); Tanrı olmadan gedilən yol qaranlıqdır (Yuhanna 3:19; 12:46, vb.)
Araşdırmalarım zamanı, “Əhdi-ətiq” və “Əhdi-cədid”də Tanrının işıq olduğunu söyləyən ifadələri saydım. Heç hamısını saymamışdım ki, mənimlə eyni fikirdə olmayan adamlar “İsanın müqəddəs kitabının doğru təhlilinə” işarə edəcəklər. Lakin heç bir halda kimsə müqəddəs kitabları doğru şəkildə anlamır. Hətta dünyadakı bütün müqəddəs kitabları araşdıran mən belə. Hər kəs öz üslubunda təhlil edir.
Demək olar ki, İsanın dövründə yaşayan hər kəs oxumaq-yazmaq bilməyən bəsit insanlar idi. Onlar “işığın” başqa heç bir vasitə olmadan günəşdən gəldiyi halını başa düşürdülər. Bu səbəbdən də edilən moizələri dinləyən bir çox adam onun həqiqətən də Apollonun inkarnasiyası[4] olduğunu sezirdi. Beləliklə, onun sədası Müqəddəs torpaqlardan Orta Asiyaya və mərkəzi Qərbi Hindistana qədər sürətlə yayılmışdı. İnsanlar işığı başqa mənada anlamış olsaydılar, bizim bildiyimiz İsa Məsihi günümüzdə heç kəs tanımazdı.
İsa özünün, müridlərinin və bütün insanların başlanğıcda saf işıq olan “Tanrının nəfəsi”ndən meydana gəldiyini dəfələrlə açıqlamışdır. Bu “anlamağın aydınlığı” deyil, parıldayan, göz qamaşdıran bir işıqdır. Günəşdir. Yer üzündəki heç bir varlıq – bitki, ya da heyvan işıqsız var ola bilməz. Əlbəttə, nəyinsə işıqdan – Tanrının nəfəsindən – yaradılması üçün planetdəki həyat şərtlərinin də bunun mümkün olmasına şərait yaratması gərəkdir.
Qədim hind hekayəsi olan “Bavishya Purana”da, İsa və kral Salivahananın görüşü zamanı ədalətli kral İsadan öz təlimini təsvir etməsini istəyir. “Ey kral, doğrusu, bütün qüdrət günəşin mərkəzi olan Tanrıdadır”, – deyə İsa cavab verir.
Nefilimlər və onları “izləyənlərin” sözügedən “yerli ölümlülər”dən ehtiyat etmədiyini və onlara yuxarıdan aşağı baxmadıqlarını bilirik. Çünki nəsillərini davam etdirmək üçün evlənərək onlarla qaynayıb-qarışmışdılar.“Tora” bizə doğruları söyləyir. Nefilimdən əvvəlki insanlar Nefilim kimi tanınan ilk beş irqdən birinin sələfləri idilər. Onlar da vaxtilə buraya işıq dalğaları şəklində gəlib çatmışdılar.
İlk vaxtlar Nefilimlər üçün işlər yaxşı getmişdi: beş Kristaya, yaxud Arian qövmü, Yadular, Oruhyular, Tarvasa, Anular və Purular üçün. Yer üzünün mühiti onlara o qədər yaxşı təsir göstərmişdi ki, təxminən 10 əsr ərzində Tanrının biçdiyi ömür müddətindən daha artıq yaşaya bilmişdilər. Eyni zamanda, heç bir məhdudiyyətləri yox idi. Öz iradələri ilə bədənlərinə girə və çıxa bilirdilər. Öz fiziki bədənlərində uzun müddət qalmaqdan bezsələr, saf işıq enerjisinə çevrilərək qalaktikanın digər bölgələrinə gedə bilirdilər.
Onlardan biri xəstələnsə, bir, ya iki doza artıq işıq enerjisi ilə sağala bilirdi. Çinin “Sarı imperatorun daxili müalicə qaydaları” kitabı olan “Nei Çing”[5] də bunu təsdiqləyir:
“Sarı imperator belə deyir: “Ən qədim zamanlardan bəri göy ilə bağlantı həyatın ən uca təməlidir. Bu təməl isə Yin və Yanq arasında, Göy və Yer arasında və altı nöqtənin içində yerləşir”.
Taonun təbiətini izah edən “Nei Çing”in “Tövrat” ilə necə bir ahəngdə olduğuna diqqət yetirin. Beləliklə, “Nei Çing”in Anu irqinin “Tövrat”ı ola biləcəyi nəticəsinə gələ bilərik.
“Nei Çing”dən daha bir iqtibas gətirirəm:
”Yanqın atmosferi Göy və Suo ilə bənzərdir. Bu atmosferi itirənlər öz ömürlərini qısaldır və həyatlarına davam edə bilməzlər. Göyün hərəkəti Günəş tərəfindən aydınlanır. Yanq insan bədənini xaricdən qorumaq üçün yüksəlir”.
Dünyadakı bütün Toralar həyatın günəş işığından gəldiyi məsələsində dönə-dönə təkid edirlər.
“Nei Çing” insan oğlunun bütün xəstəliklərinin o mənəvi və əxlaqi çürüklüyə düşməyə başlamazdan öncə Tanrılar tərəfindən sağaldıldığını söyləyir. O sonralar dərmanlara, manipulyasiyaya, əməliyyatlara möhtac qaldı. “Tanrılar işıqdan gələn əsas elementlərin nə daha artığı, nə də daha azıdır”.
Qeyd etdiyim kimi, Tufan sonrası beş cəddimiz özlərini qutuda saxladıqları qatılaşdırılmış işıq enerjisi ilə sağaldırdılar. “Tövrat” (Musanın beş kitabı), Akt sandığı[6] adlandırdığımız bu radian enerjinin öldürə və müalicə edə bildiyindən bəhs edir. Musa Türki Toroslarda, yaxud Sinay (Sion) dağında Tanrı ilə görüşəndə, Tanrı ona öz enerji qutusunu düzəltmək üçün təlimatlar vermişdi. Qutuya kilidlənən bu enerji həyat vermək və yox etməyə qadir idi. Eyni zamanda, şəhərləri və xalqları da yox edə bilərdi.
Sanskritcə Akt “günəşə, misə, atəşə aid, yaxud bununla əlaqəli” mənalarını verir.
Hind müqəddəs kitabları da hər şeyə gücü çatan bu işıq enerjisi haqqında danışır. Əfsanələrə görə, onu Hindistana işğalçı Kriştayalar gətirmişdilər.
Türk naqaların lideri, bulqar Arian kralı Kubera və onun Yaksha və ya Yakhu (Yehuda) ordusunu, təbəəsini Qanq yaylaqlarına yönəltmişdi. Bunun Böyük tufandan sonra baş verdiyi ehtimal olunur. Yanlarında “müqəddəs məbəd”lərini öz ardınca çəkən uzun at və öküz arabası ilə birgə gəlmişdilər. Bu, taxtadan və divarları olan bir at arabasıdır. Hindli şərqşünas Malati J.Şendge (Malati J. Shendge) bunu belə təsvir edir:
“Səkkiztəkərli, doqquzqapılı, alınmaz bir qalaydı…” Bu təkərli sığınacağın içində üç təkər barmaqlığı və üç dayağı olan Swarga (Səmavi işıq), ya da Hiranyaya Kosa (Tanrının xəzinə evi) adı verilən, qızıldan kiçik bir qutu var idi. “Kiçik qutunun içində qəribə bir vulkanik qaya parçası vardı. Yəhudilərin əcdadları buna “yaksa” adını vermişdilər. Kiçik qutu qapalı saxlandığı halda, içərisindən gizli bir işıq yayılırdı. Min illər ərzində Swarga kəlməsi ibranicəyə Zarkor (işıldayan) olaraq keçmişdir. Kabbalanı açıqlayan Zohar kəlməsi də “Swarga”dan törəmişdir.
Yaksa (Qoruyucu mələk) elementindən gələn enerji özünü Müqəddəs təslisə həsr etmiş hansısa insanın zehnini gəncləşdirə bilərdi. Həm də qurumuş çöllərdə bitkilərin böyüməsinə kömək edirdi. Eyni zamanda çox, güclü bir kinetik enerji yayırdı. Bununla yanaşı, pis niyyətli insan “Qoruyucu mələk” (yaksa) daşına toxunardısa, o ya alovlanıb yanar, ya da rezin top kimi sağa-sola atlanardı. Təkcə rahibləri ən təmizi qutuya yaxınlaşa bilərdi. O da sadəcə bir-iki dəqiqəlik”.
Yazıçı Murad Adcı öz kitabında rahiblərin məbədlərdə bəzi səbəblərə görə, Hodaini (Tanrını), ya da Tenqrini şərəfləndirmək üçün bir neçə dəqiqədən çox qala bilmədiklərinə işarə vurur.
Dualar məbəddən başqa Tenqrinin açıq səması altında da oxunardı. Keçmişdə Altay insanlarının dua etmək üçün müqəddəs dağların ətəklərində toplandıqları kimi. Qalıqlara baxsaq, məbədlər çox da geniş deyildi. Ana vətənlərindəki müqəddəs dağları xatırlatsın deyə inşa edilmişdi. Sonradan arxitektura kimi təkmilləşdilər.
Xüsusi ruhban zümrəsi (ruhban-dünya zövq nemətlərindən imtina etmiş, dərviş həyatı sürən rahib) xaricində – o da bir neçə dəqiqəlik – heç kəs məbədlərə girə bilməzdi. Bundan artığından ehtiyat edirdilər. Çünki məbədin içində nəfəs almağa icazə verilmirdi.
Tanrı (Tenqri) rahiblərinin məbəddə nəfəs almalarına icazə verilməməsinin daha dərin səbəbi olmalıdır. Qədim Türki məbədlərdə bu sandıqlar mühafizə olunurdumu? Yoxsa, təkcə batil inancları var idi? Bunu deməliyəm ki, onlar özlərindən sonra gələcək bütün insanlardan daha rasional idilər. Bütün əsas və dəyərli mədənləri əritməyi öyrənmişdilər. Demək olar ki, dünyadakı bütün əlifbaları onlar icad etmişdilər. Gəmiləri ilə hər yerə səyahət edə bilirdilər. İşlərini yaxşı bilən Səma biliciləri, şair, mütəxəssis və filosof idilər.
Bu cür insanlar, həqiqətənmi məntiqdənkənar batil inanclara görə məbədlərdə nəfəs almaqdan qorxa bilərdilər?
Bu məbədlərə Günəşə ibadət etmək üçün girən zaman onların əsəbi və narahat olmalarının tutarlı səbəbləri vardır.
Bizlər sadəcə, Musanın bir “yaksa” daşı tapmasına “inanmağın” üzərində dayandıq.
Lakin ənənə Kuberanın da onu tapmasını əks etdirir. Musa öz “yaksa”sını Toros (Tavr) dağlarında tapmışdı. Kubera isə Bolqarıstanda tapdı. Tenqri və ya Hoday (Tanrı) məbədlərinin hamısı üçün kifayət qədər “yaksa”nın tapıldığı doğru ola bilər. Türklər Sinay (Sion) dağının Toros (Tavr) dağ silsiləsinin bir hissəsi olduğunu söyləyir. Ku-beranın Sina dağını tapıb-tapmayacağını anlamaq üçün Bolqarıstandakı dağ adları üzərində işləməyə qərar ver-dim. Orada “Sinanika” (Sinanica) adı verilən bir dağa rast gəldim. Sanskritcə lüğətimə baxdığım zaman Senanikhanın “Tanrı Brahmaya (və ya Göy üzünə) aid olan” mənasına gəldiyini gördüm. Sinanika dağının zirvələrində daha çox yaksa daşının olması mümkündürmü? Toros dağ silsiləsinin əlçatmaz zirvələrindən hələ də bu daşlardan əldə etmək olarmı? Kəşf edilməsi çox gözəl olardı.
Efiopiyalılar orijinal Akt sandığının Axum şəhərində koptik bir məbəd içində qorunduğunu deyirlər. Onu mühafizə altında saxlayırlar ki, insanların həyatına təhlükə yaratmasın. Görəsən, tədqiqatçıların gedib ora baş çəkməsi üçün mühafizəçiləri necə inandıra bilərik?
Nə üçün Kuberanın təbəəsinə “yaksalar” deyirdilər? Çünki sandıqdan yayılan işığın gücü insanları hər cür əngəlin öhdəsindən gəlməyə qadir üstün varlıqlara çevirir, onlara əbədi həyat və sağlamlıq verə bilirdi. Kubera hamının etiqad etmək istədiyi kral idi. Müqəddəs təslis təlimi ilə yola çıxan birinin bədəninə yaksadan gələn radiasiyanın daxil olmasına imkan versəniz, gözlənilmədən zehnli bir divə, yaxud ruhani insana çevrilə bilər.
Şərqşünas Şendge yazır:
”Yaksa “görünüşə görə bədənlə əlaqəlidir, əslində isə bədən olmayan bir şeylə çox sıx bağlıdır. Onun bir bədəni tərk edib, başqasına girə bildiyinə dair sübutlar var. Bu yerinidəyişmə məziyyəti ruh və ya ruha bənzər bir varlığa, bir növ şəxsin özünə, onun ardınca gələn, bir bədəndən digərinə köçə bildiyinə inanılan qüvvəyə işarədir” (səh.116).
”Brhhadarnyaakopanishad”da (5.4.) qısa bir qeyd bu təhlilin ardınca yerinə düşər: “Hər kim ki mahad yaksa ilə Brahmanı birlikdə qəbul edə və onu da Brahma ilə birləşdirə bilir, o kəs başlanğıc gücə işarə edə bilər” (səh.117).
Yazıçı Şendge sonra bunları qeyd edir: “Başlanğıc yaksa kainatın və dolayısıyla insanın özünü formalaşdırmaq üçün qurulan bir məbud, uca bir ilahi ola bilərdi… (The civilized Demons – The Harappans in Rgveda; [Uygun(? Uygar, sivil) Şeytanlar – “Rig Veda”da Harappalılar]
[1] Tora – Tövrat sözünün ibrani versiyasıdır. Hərfi mənası yasa, qanun deməkdir.
[2] Nefilim, “Tövrat”ın bəzi tərcümələrində iri adamlar, bəzilərində isə divlər kimi göstərilir. Müvafiq olaraq, bu iri adamlar bəzi tərcümələrdə zorba olduğu halda, bəzilərində qəhrəman kimi təqdim edilir.
[3] “Tövrat”a sadiq qalaraq türk dilinə tərcümə edərkən işlətdiyim “var idi” felinin yerinə, G.Matlokun iqtibas etdiyi ingiliscə tərcümədə appear (görünmək, oluşmaq) sözü keçir. Matlok bunu nəzərə alaraq, “Təqvin”də Nefilimin işıqlanaraq dünyaya endiyinə işarə edildiyi fikrini müdafiə edir.
[4]Bədən, ət halına keçməsi.
[5] Huang Tinin Çin müalicə üsulları və dərmanları haqqında yazdığı kitabın adı.
[6] Türkcəyə “Akt Sandığı” kimi tərcümə edilən Ark of the Covenant, “Müqəddəs Kitab”da kitabələrə yazılmış on əmr ilə birgə Harunun əsası və qüdrət hal-vasının saxlandığı deyilən müqəddəs bir qabdır. Müqəddəs kitabda yazılanlara görə bu sandıq, Musanın Tanrı ilə danışdığı öncəgörücülüyə uyğun bir formada, Tanrının buyruğu ilə düzəldilmişdir. (Ö.U.H-tərc.)
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür