“XAN” nəşriyyatında İlqar Fəhminin 4 kitabı işıq üzü görüb. Qeyd edək ki, çap olunan bu əsərlərdən başqa yazıçının daha 10 kitabı külliyyata daxil edilib və yaxın aylarda işıq üzü görəcək. 1. Bu gündən dünənə Kitaba şairin gənclik dövründən bu günə qədər müxtəlif vəznlərdə yazdığı şeirlərdən seçmələr toplanmışdır. Şeirlərin xronoloji düzülüşü əks qaydada təqdim edilmişdir. Kitabın əvvəlində son illər yazılmış şeirlər, sonunda isə köhnə şeirlər yer alıb.
2. Nostalji Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.
3. Sən kimsən, Səfəvi? Kitabda müəllifin müxtəlif illərdə yazdığı və ölkə mətbuatında dərc olunan bədii-publisistik yazıları dərc olunub.
4. Son reportaj Kitabda müəllifin müxtəlif illərdə yazdığı dram əsərləri toplanmışdır. Pyeslərin hər biri müxtəlif dram üslublarında işlənmişdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür