İlkin Umuxanov
İllər ötür aram-aram,
Heç duymadan artır yaram,
İllər verdi tək hədiyyə
Saf doğulduq günah hədiyyə...
İllər ötdü, yaşa dolduq,
Körpə ikən körpə doğduq,
Bir tərəfdən gəldi sevinc
Bir tərəfdən getdi sevinc...
Suallarla dolan illər,
Cavablarsız ötən illər,
Dərdlərimə dərd qatırsan
Yaxınlarımı qopardırsan...
Görən bunca illər nədir?
Yetmiş yaşlı körpə gedir,
Görən hara həyat susur?
Qəbir solur, məzar susur...
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür