Mədəniyyət və Turizm Nazirliyində islahatlar davam edir. Nazirlikdən Senet.az-a verilən məlumata görə iki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsindən azad edilib. Kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb. 65 yaşının tamam olmasına görə müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam veriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür