Mayın 2-si saat 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində iki müəllifin kitab təqdimatı keçiriləcək.
Tədbirdə Müşfiq XANın “O2” və Kənan Hacının “Uzaqdasan soyuqdur” kitabları oxuculara təqdim olunacaq.
Senet.az–a açıqlamasında Kənan Hacı eyni vaxtda iki kitab təqdimatının keçirilməsini bu cür izah edib: “Bu kitabların çapı eyni vaxtda düşdü və Müşfiq bəylə razılaşdıq ki, təqdimatı eyni günə salaq. Heç bir çaşqınlıq olmayacağını düşünürəm. Bizi oxuyan oxucu gələcək.Bu həm də yenilikdir”.
Qeyd edək ki, tədbirin sonunda müəlliflər oxucular üçün kitablarını imzalayacaqlar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür