senetaz

Həsən Əliyev 80 D

19 Oktyabr 2023 1845

III Sumqayıt Kitab Sərgisi keçirildi

III Sumqayıt Kitab Sərgisi keçirildi

Oktyabrın 13-də Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Mədəniyyət Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi start götürüb.

Anaib.az xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutub, satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq olunub.

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçirilib. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucuları ilə görüşüblər.

Sərginin ilk günü "Kitabqurdu" I Yay Oxu Marafonunun qalibləri mükafatlandırılıb. Mərasimdə marafondakı kitabların müəllifləri də iştirak ediblər.

Oktyabrın 13-ü ANAİB sədri Şəmil Sadiq "STEAM əsaslı təhsil"dən danışıb.

Oktyabrın 14-ü dilçi alim Rafiq İsmayılov və Əməkdar jurnalist Qulu Məhərrəmli "Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?" paneli ilə çıxış ediblər.

Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar və əyləncəli fəaliyyətlər sərgiyə əlavə maraq qatıb.