senetaz

Həsən Əliyev 80 D

05 Dekabr 2023 4618

II “Kitabqurdu” Payız Oxu Marafonu müəllifləri ADU-da - Fotolar

II “Kitabqurdu” Payız Oxu Marafonu müəllifləri ADU-da - Fotolar

Azərbaycan Nəşriyyatları Assosiasiyası II “Kitabqurdu” Payız Oxu Marafonu çərçivəsində tələbələrlə görüşləri davam etdirir.

Senet.az xəbər verir ki, layihə çərçivəsində növbəti görüş Azərbaycan Dillər Universitetində (ADU) keçirilib.

Görüşdə ADU-nun Tərcümə, Filologiya, Jurnalistika və Təhsil menecmenti fakültələrinin tələbələri, marafon müəllifləri Elay və Xan, eləcə də “XAN Nəşriyyatı”nın baş redaktoru Cavid Qədir, assosiasiyanın koordinatoru Fizzə Məmmədova iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Cavid Qədir iştirakçılara marafon barədə məlumat verib, layihənin məqsədindən söz açıb. Əməkdaşı olduğu nəşriyyatın kitabları barədə danışıb.

Daha sonra söz alan Fizzə Məmmədova marafonla bağlı sualları cavablandırıb, müsabiqə şərtləri barədə məlumat verib.

Marafon müəlliflərindən olan Elay və Xan öz kitabları barədə məlumat verib, tələbələri maraqlandıran sulları cavablandırıblar.

Qeyd edək ki, marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (1 oktyabr 2023 – 1 yanvar 2024).
2. Marafona 16 yaşdan yuxarı hər kəs qoşula bilər.
3. Marafon müddətində yalnız seçilmiş 8 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. Teleqram kanalının linki:
https://t.me/kitabqurdumarafonu
5. Oxu müddəti bitəndən sonra qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 8 kitab əsasında hazırlanacaq.
6. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.
7. Birinci yer 3000 AZN, ikinci yer 2000 AZN, üçüncü yer isə 1000 AZN mükafat əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.

Kitabqurdu I Payız Oxu Marafonu müddətində oxunacaq kitablar:

Yunis Orucov – “Boraltan” (MİMTA Yayımları)
Elay – “Kolleksioner” (“XAN Nəşriyyatı”)
Rövşən Abdullaoğlu, “Koramal” (“Qədim Qala” Nəşriyyatı)
Elçin Əzimli – “Çağrı” (“TEAS Press” Nəşriyyatı)
Pərviz Seyidli – “Məktublar arxasında” (“Parlaq İmzalar” Nəşriyyatı)
Kənan Hacı – “Fəna fasiləsi” (“Çapar” Yayımları)
Xan – “Sancaqlı kölgələr və Leyla Xuni” (“Strauss” Nəşriyyatı)
Arif Əliyev – “Yalama” (“Altun Kitab” Nəşriyyatı)

Kitabları opeativ olaraq onlayn şəkildə bu nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz:
(+994 77) 343 80 22

Marafonun rəsmi instaqram hesabı:

kitabqurdu_marafonu

 

Qalereya