Oktyabrın 12-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında “Azərbaycan xalçaları” adlı sərgi açılıb.
Senet.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşıb.
Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunan sərgidə xalçaçı- rəssamlar Fəridə Qarayeva, Təranə Əliyeva və Nəcibə İsmayılovanın döşəmə üzərində Gəncə, Şirvan və Qarabağ zonalarına aid toxuduğu üç xalça təqdim edilib.
Xalçalar “Art Tover” qalereyasının qarşısında olan meydanda açıq havada nümayiş olunub. Layihənin əsas məqsədi Azərbaycan xalçalarının təbliğatı və küçə incəsənətinin inkişafıdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür