Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevə həsr olunan "Heydər Əliyev və ümumtürk mədəni irsi " adlı kitab Türkiyədə işıq üzü görəcək. Kitabda Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevin ümumtürk mədəniyyətinin inkişafı, gücləndirilməsi, görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunması, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində verdiyi misilsiz töhfələrlə bağlı məlumatlar əks olunacaqdır. Kitabda eyni zamanda, Heydər Əliyevin türkdilli xalqların tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən bəhs edən fotoşəkillər, ziyalıların onun haqqında xatirələri yer alacaq. Nəşrin rəyçisi Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür