
14-18 oktyabr tarixlərində Almaniyanın Frankfurt – Mayn şəhərində dünyanın ən nüfuzlu Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Sərgidə Hədəf və “XAN” nəşrlərinin nümayəndə heyəti də iştirak edəcək. Burada nəşriyyatın müxtəlif adda kitabları nümayiş olunacaq. Həmçinin XAN nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” adlı kitab dəsti də sərgi iştirakçılarına təqdim ediləcək.
Beynəlxalq sərgilər sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə demək olar ki, bütün ölkələrdən iştirakçılar gəlir.
Qeyd edək ki, Beynəlxalq Kitab Sərgisində Hədəf və XAN nəşrləri ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin də iştirakı gözlənilir. Nazirlikdən verilən məlumata görə tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı müvafiq tədbir keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür