
Ötən gün Hədəf STEAM Liseyində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqin ideya müəllifi olduğu “Hədəf Uşaq Teatrı”nın açılış tamaşası baş tutub.
Liseydən verilən məlumata görə, “Kitab, yoxsa insan” adlı tamaşanın rejissoru Cavad Nur, ssenari müəllifi isə Günel Rəcəbdir.
Tamaşa günümüzün aktual problemi olan ana dilinin qorunmasına həsr edilib. Balabilgələr öz performansları ilə hər bir dil daşıyıcısının ana dilin qorunmasında rolu olduğunu, ana dilin şirinliyini, doğmalığı yalnız kitablarda deyil, xalqın hər bir nümayəndisinin dilində yaşadığını nümayiş etdiriblər.
Tamaşadan sonra yazıçı Varis, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, teleaparıcı Ürfan Məmmədli çıxış edərək tamaşa haqqında öz təəssüratları ilə bölüşüb, uşaq teatrının heyətini təbrik ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür