Elm adamları gündə 10 min addım əvəzinə yalnız 4 400 addım piyada gəzməyin insanı ciddi xəstəliklərdən qorumaq üçün kifayət edə biləcəyini açıqlayıblar. 525.az xəbər verir ki, tədqiqatçılar hər gün "10 min addım sağlamlıq üçün faydalıdır" fikrini təkzib edən araşdırma aparıblar. Belə ki, gündə 7500 addımdan sonra idmanın faydasının azaldığını təsdiq edilib. Həmçinin Harvard Tibb Fakültəsindən 10 min addımın həddindən artıq olduğu bildirilib. 10 min addım hədəfinə çatmaq üçün ortalama bir insanın gündə iki saat gəzməlidir, ancaq 4 min 400 addım üçün cəmi 53 dəqiqə kifayətdir. Tədqiqatçılar bildirib ki, gündə bu hədəfi 1965-ci ildə Yaponiyada Yamasa Clock tərəfindən satılan ticarət pedometrindən gəlir. Cihaza 10 min addım mənasını verən “Manpo-kei" adı verilib. Gündəlik on min addımlıq hədəf bir reklam kampaniyası olaraq istifadə ediləndən sonra bütün dünyaya yayılıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yetkin insanlara həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət və ya 75 dəqiqə güclü fiziki fəaliyyət göstərmələrini tövsiyə edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür