GÜLLƏ
Nahaqdan özünü yorub gəlmisən,
Sən, mənim qismətim deyilsən, güllə!
Əbəs yerə məni deyib, gəlmisən,
Məni qoruyanım, Tanrımdı, güllə!
* * *
Başımın üstündən ötməklə inan,
Sən, məni heç zaman qorxudamazsan,
Məni hifz eləyir, Ulu Yaradan,
Bir də boş gümana düşmə sən, güllə!
* * *
Lap, gəlib sinəmə dəysən də, güllə,
Bilirəm, dəlməyə cürətin çatmaz.
Çünki Anamın əlləri göydə
Anamın duası zirehdi, güllə!
* * *
Həyatda bir anım imansız deyil,
Gələcəkdə mənim xoş sabahım var.
Səndən bircə, zərrə qorxum belə yox,
Səndən qorxar yalnız qansızlar, güllə!
* * *
Nə qədər gəlirsən, dur gəl üstümə,
Bilirəm, lap çoxdan durdun, qəsdimə,
Çoxları bələddi, mənim şəstimə,
Miniz birdən gəlsə, burdayam, güllə!
26.05.1994. Qapanlı.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür