
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını nəşr edib.
Mərkəzdən Senet.az-a verilən məlumata görə kitabda şairin “Xarıbülbül”, “Bənövşə”, “Lalə”, “Zanbaq”, “Nərgiz”, “Qərənfil” kimi ilk dəfə işıq üzü görən şeirləri rəngli illüstrasiyalarla təqdim olunur. Kitab məktəbyaşlı uşaqları Musa Yaqub yaradıcılığı ilə yaxından tanış etməklə yanaşı, dərsdənkənar mütaliə vəsaiti olaraq Vətənə, təbiətə, bitki aləminə sevgi və bağlılıq yaratması ilə diqqət çəkir.
Kitaba daxil edilən rəngli illüstrasiyaların müəllifi gənc rəssam Şəhla Feyziyeva, redaktoru Yaşar Əliyevdir.
Yeni nəşri yaxın günlərdə kitab evləri və mağazalardan əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür