
Zaur Ustac
Çıx
Biçarə aşiqdə qalmayıbdı can,
Dilə çix, fayda yox ürək sözündə….
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə….
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə şıx, arzular gülsün gözündə….
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə….
Gözün gözü
Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər….
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər….
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər….
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər……
Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur….
Sevdiyini söyləyən, seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur….
Sevgi, sevib- sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sezdirməyən, sevgisində suçludur….
Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????
Sevməyəni sevməyi sədaqətmi sayırsız????
Sevdiyini sevdirən sevgisində suçludur….
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür