Vüsal Hacı Bütün reklamlarda təbliğ olunan xoşbəxt həyat səhnələri sizin də televizorda göstərirsə və hələ də təbəssümün diş məcunundan asılı olduğunu düşünürsünüzsə, sevgiliniz olmadığına görə hamamdakı adı güclə oxunan şampunu günahlandırırsınızsa, üzünüz qaş-qabaqlı ola-ola whatsappda “gülər üzlər” göndərirsinizsə “İndi həmin adamın üzünü gözünüzün qabağına gətirin”. Fikir kimi qırılan yolların ağ xəttlərinin kənarı ilə gedəndə özünüzü başlı başına buraxılan səki kimi hesab edirsinizsə, avtobusda camaatla birgə yırğalananda, tutacaqdan sallanan yaşlı xanıma gec yer verdiyinizə görə oturmaqdan imtina edirsə və oturacağın boş olduğu halda heç bir sərnişin oturmağa cəsarət etmirsə, elə bu vaxta nagahan qəzada öldüyü ehtimal olunan adamlar görürsünüzsə indi avtobusun pəncərəsindən çölə baxan həmin adamların üzünügözünüzün qabağına gətirin.
Ziyafətə gedəsən, orda bir qız bəyənəsən, yaxınlaşmaq barədə planlar qurasan üç-dörd cürə beynində romantik salamlaşma variantları uydurasan, tam cəsarətini toplayıb yaxınlaşmaq istəyəndə səndən əvvəl yaşlı bir kişinin artıq ünsiyyətə keçdiyini görəsən, elə bil aparıcı reklam fasiləsinə görə danışmağa başlayan kimi sənin sözünü kəsir. İndi həmin adamın üzünü gözünüzün qabağına gətirin. TV-lərimizdə müğənnilərin bağ evlərindən çəkilən verilişlərə, avtobuslarda darıxmamaq üçün təkrar-təkrar oxuduğumuz “siqaret çəkmək qadağandır” , “gediş haqqı 20 qepikdi” cümləsi kimi baxırıqsa, aparıcıların, müştərisi çox olan mağazaların vergidən qaçan, yad adam görəndə isə kassanın kalvişini həyacanla takkıldadan satıcıları kimi arabir reytinqli veriliş apardıqlarını qeyd edirsə, elə bil günorta saatlarında öz işlərini bacarıqsız şagirdinə tapşırmış ustanın bərbərxanasına gedirsiniz.
İndi zəhmət olmasa həmin adamın üzünü gözünüzün qabağına gətirin. Kirayə evdə kitabların arasında tənhalığı eynəyini axtaran adam kimi gəzirsinizsə, havanın dəyişməsi canınızı paltarının bir hissəsi metro qapıları arasında qalan adam kimi sıxırsa, yazdığınız yazını su butulkalarının üstünü oxuyacaq adamlar qədər oxunmasını ehtimal edirsinizsə, külək açıq qoyduğunuz pəncərəni canı ağrıyan adam kimi arabir inildədirsə, indi bu şəraitdə yaşayan adamın üzünü gözünüzün qabağına gətirin. Bu sifətlər könüllülər qədər gözə dəyməsə də bilin ki, şəhərimizdə gözümüzün qabağına gəlməyən adamlar da yaşayır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür