Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq “Əli və Nino”nun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.
Senet.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.
Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.
“Əli və Nino” abidə kompleksinin memarı Cahid Həsənov deyib: “Bu heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə “Əli və Nino” tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq”.
Bundan başqa, abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli Şərq üslübunda, lakin modern formada olacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür