Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrdan Senet.az-a bildirilib ki, dünəndən etibarən tamaşalar IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən və yarışları izləmək üçün şəhərimizə qonaq gələn əcnəbi turistlər üçün ingilis və rus dillərində subtitrlərlə təqdim edilir.
Həftəsonuna qədər teatrda nümayiş olunacaq M.MakDonaxın “Lineynin Trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb”, Ə.Haqverdiyevin “Pəri Cadu” və L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) səhnə əsərləri tərcümə edilmiş tamaşalar siyahısına daxildir.
Teatrın yaradıcı heyəti balaca tamaşaçılarını da diqqətdən kənar qoymayıb. İki gün müddətində uşaqlar üçün “Dəcəl keçi” və “Qırmızı papaq” ilə onların görüşünə gələn truppa mayın13-14-də də sözügedən tamaşaları təqdim edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür