Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi, bu həftə də teatrın repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, aprelin 13-də saat 19:00-da teatrın kiçik səhnəsində P.Zyuskindin “Kontrabas” tamaşası nümayiş olunacaq. Aprelin 14-də isə teatrın kollektivi “Şeyx Sənan”, “Leyli və Məcnun” tamaşaları ilə izləyicilərinin görüşünə gələcək. Bundan başqa, sənət ocağının səhnəsində aprelin 16-da eyni saatda Sumqayıt Dövlət Dram Teatrının kollektivi “Zülmətdə işıq” tamaşası ilə çıxış edəcək.
Teatrın məktəblilər üçün nəzərdə tutduğu repertuar da rəngarəngdir. Yaradıcı kollektiv aprelin 14-də saat 12:00 və 14:00-da azyaşlı tamaşaçılarını “Buratinonun macəraları”, aprelin 15-də eyni saatlarda isə “Çeburaşka” tamaşası ilə salamlayacaq.
Rolları Əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva, Kəmalə Hüseynova, aktyorlar Güşvər Şərifova, Elşən Hacıbabayev, Səbinə Məmmədova, Asya Atakişiyeva və başqaları ifa edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür