
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru, IX Beynəlxalq Yay Teatr Məktəbinin müdavimi Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyorumuz Moskvada keçiriləcək “Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən Senet.az saytına məlumat verilib ki, festival-məktəb oktyabr ayının 10-dən – 20-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq. Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında isə Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb.
[gallery columns="4" ids="17062,17063,17064,17065,17066"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür