senetaz

Həsən Əliyev 80 D

19 Sentyabr 2016 241

Gənc Tamaşaçılar Teatrında Xalq Artistlərinin yubileyləri qeyd olunacaq

Gənc Tamaşaçılar Teatrında Xalq Artistlərinin yubileyləri qeyd olunacaq

Teatr Muzeyində Xalq artistlərinin yubileyləri qeyd olunacaq (FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından Senet.az saytına verilən məlumata əsasən dekabr ayının əvvəllərində keçirilməsi planlanlaşdırılan iki qocaman sənətkar və Xalq Artistinin yubileyi münasibətilə yeni tamaşanın hazırlıqlarına start verilib. Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə anadan olmasının 70 illik yubileylərinə hazırlanan yeni səhnə əsəri “Açarını itirənlər” adlanır.

Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompüter qrafikası İlham Əsədov, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar.
Iki görkəmli sənətkarın yubileyi münasibətilə təqdim olunacaq tamaşanın premyerası cari ilin dekabr ayının əvvəllərində nümayiş etdiriləcək.

[gallery columns="4" ids="16909,16910,16911,16912,16913,16914,16915,16916,16917,16918"]