Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şair Vasif Əlihüeyn babasının ölümünə şeir yazıb. Xatırladaq ki, şairin babası Qulamhüseyn Əlihüseynov fevralın 21 – də avtomobil qəzasında dünyasını dəyişib. Həmin şeiri təqdim edirik.
QƏBRİNDƏN ƏL BOYDA YER AÇ
Köçdü adam oğlu adam,
bələndi dünya qanına.
Babam da köçdü dünyadan,
getdi nənəmin yanına.
Açın bu dəmir qapını,
“Gələn var”- deyə çığırın.
Babamı görməyə gəldim,
adını deyim, çağırın.
Duyun səsimi, siz duyun!
ay səsi burda batanlar!
Babamı sizə tapşırram,
ay burda çoxdan yatanlar.
Getdin, babalar babası,
büründün səndə ki, ağa.
Qəbrindən əl boyda yer aç,
toyumda səsi duymağa.
Gəldim məzarının üstə,
gözümdəki göz yaşımla.
Uzan çarpayında rahat,
danışaram baş daşınla.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür