senetaz

Həsən Əliyev 80 D

19 Sentyabr 2016 186

Ey səba bədəndən çıxanda ruhum, Car çəkib aləmə qiraət eylə..

Ey səba bədəndən çıxanda ruhum,  Car çəkib aləmə qiraət eylə..

  so

Ülvi Bəhmənli

Ey səba bədəndən çıxanda ruhum,

Car çəkib aləmə qiraət eylə.

Sağıykən görmədim daşı, torpağı

Barı ruhumla sən ziyarət eylə.

 

Ordakı hər addım qayanın səsi,

Verər şəhadəti tariximizdən.

Vəhşilər dağ çəkir, dağsız olana,

Bizim dağlarımız daxilimizdən.

 

Gedib gəzərsiniz Qarabağımı,

Orda bəylər yatir, orda xan yatıb.

Birdə oyadarsız, xanın ruhunu,

Deyərsiz, segahın məqamı çatıb.