senetaz

Həsən Əliyev 80 D

18 May 2015 327

Ey gözəllik...

Ey gözəllik...

ilhamEy gözəllik kəbəsi, sən qibləgahımsan mənim,

Səcdəyə baş qoymağa,müqəddəs  xakımsan mənim.

 

Ruhumun sahibisən, könlüm  sevəryalnız  səni,

Hər iki dünyada həmdəmim, pənahımsan mənim.

 

Öylə bir gözəllik vermişdir ki, ol Tanrım  sənə,

Gözəllər içrə  şirin,  təbi-ilhamımsan mənim.

 

Tərifə yox  hacətim, ötsə də min dövri-zaman,

Çünki, ey dilbərim sən, fəxri- sübhanımsan mənim.

 

Sən olmasan neylərəm,düz dünya dönsə  gülşənə,

Təkcə sən bu aləmdə, bir nobaharımsan  mənim.

 

İlhamam, yox müşkülü, bəsdir mənə sevdan sənin,

Olsa ya halalım, ya da  ki, günahımsan mənim.

 

İlham Aslanov