
Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayonunun işğal olunmasının 24-cü il dönümü ilə əlaqədar “Əsirlik həyatı” sənədli filminin təqdimatı keçirilib.
Gültəkin Nərimanın çəkdiyi “Əsirlik həyatı” filmi Laçının işğalı zamanı girov götürülən bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.
Filmdən əvvəl Azərbaycanın müstəqilliyi, torpağlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə millət vəkili Aqil Abbas, Laçın Rayonu İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ veteranı Xəyyam Nəsibov, Laçın sakinləri Həcər Paşayeva və Şücayət Hüseynova çıxışlarında rayonun işğalından xatirələrini danışaraq yetişməkdə olan gənc nəslin bu hadisələrin yaddaşlarında həkk olunması üçün daha da geniş təbliğ işlərinin aparılmasını vurğuladılar və tezliklə torpaglarımızın işğaldan azad olunacağına əmin olduqlarını qeyd etdilər.
Müğənni Fədayə Laçının ifa etdiyi “Laçınım” mahnısından sonra film nümayış olundu.
Xatırladaq ki, Nizami Kino Mərkəzi vətənpərvərlik və tarixi faktları qeyd edən mövzularda olan film və tədbirlərə mütəmadi olaraq dəstəyini göstərir.
[gallery ids="15604,15605,15606,15607,15608"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür