Rusiyanın Ermitaj muzeyi ilə Yunanıstanın Akropol muzeyi mart ayında öz kolleksiyalarında olan antik eksponatları dəyişdirəcəklər. Bundan sonra Peterburqda Koranın heykəli nümayiş etdiriləcək, Afina sakinləri isə skiflərin qızıldan məhsullarını görə biləcəklər.
Ermitajdan açıqlanan məlumata görə, bu addım Yunanıstan-Rusiya mədəniyyət ili ilə çərçivəsində atılan ilk addım olacaq.
Kora- arxaik dövr qədim yunan heykəl tipidir. Koralar adətən ənənəvi geyimdə cavan qız şəklində təsvir olunurlar. Ermitaj muzeyində isə bu qədim yunan qızlarının heykəlləri Roma zalının Antik dünya bölməsində sərgilənəcək. Koraların bu təsvirləri b.e.ə 520-510-cu illərdə mərmərdən hazırlanıb. Heykəl 1886-cı ildə Erexteyon yaxınlığında Akropoldan tapılıb.
Akropol muzeyində isə Ermitajın şah əsərlərindən nümunələr nümayiş etdiriləcək. Həmin nümunələr Kül-Oba kurqanından tapılmış 3 qızıl yunan-skif əşyası olacaq. Dəyişdiriləcək eksponatlar hər iki ölkənin tarixində özünəməxsus yer tutan nümunələrdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür