senetaz

Həsən Əliyev 80 D

05 Sentyabr 2016 210

Əməkdar artist Avropada çıxış edəcək

Əməkdar artist Avropada çıxış edəcək

salaman1

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik-estrada orkestrinin bədii rəhbəri, Əməkdar artist Salman Qəmbərov Almaniya və Niderlandın şəhərlərində keçiriləcək “Bütün Şərq ölkələrindən ulduzlar” adlı konsert proqramında iştirak edəcək. Teatrdan senet.az saytına verilən məlumata əsasən Osnabryuq və Amsterdam şəhərlərində baş tutacaq konsertlərdə dünya bəstəkarlarının əsərləri və ayrı-ayrı klassik caz musiqisi nümunələri əsasında improvizələr səsləndiriləcək. Konsert proqramında duet ifalar da təqdim olunacaq. Fransalı məşhur tuba ifaçısı Mişel Qodar həmyerlimizlə eyni səhnəni bölüşəcək.