senetaz

Həsən Əliyev 80 D

19 Fevral 2015 279

Elçin MANN. "Divin göz yaşları" - ŞEİRLƏR

Elçin MANN. "Divin göz yaşları" - ŞEİRLƏR

elchin man

Divin göz yaşları Lirik-sentimental mini poema Dünən gün çıxmazdan, Vaxtından tez qocalmış gənc dostumu Qəbiristanlıqda basdırdım Öz əllərimlə. Özünü böyük, vicdanını kiçik qəbirdə. Qabar-qabar olmuşdu əllərim Yer qazmaqdan. Elə bil özümə qazırdım. Vəsiyyəti belə bitirdi: Yaşasın monarxiya! Arxasınca iki göz yaşı axıtmağa Nə vaxtım, nə də həvəsim vardı.   Metro ilə evə dönərkən “Ümid” stansiyasında Yorğun təbəssümünü gizlədən Ofis proletarını da ələ saldım Onların müqəddəs ahı tutdu məni Birdən çiskin yağış yağdı vaqona Yanımda çətirim yox idi Və mən pərt oldum Saqqqallı Marksın ruhu qarşısında   Bu şəhərdə bir vaxt, Xoşbəxt tramvaylar yaşayırmış. Indi onların ruhu dolaşır Asfalt yollarda. Ölən dostum deyirdi ki, Xoşbəxtlik hər zaman Bizdən bir addım qabaqda qaçır. O heç vaxt ləngimir Ona çatmaq Axillesin tısbağanı keçməsinə bənzəyir Xoşbəxtlik... Bu sözü o qədər çeynəyiblər ki, Onu leksikonumdan silmişəm Flober öz leksikonundan sildiyi kimi.   Bu gün kafedə, Yenə əvvəlkitək Fikirli idim Nə dəyişmişdi ki? Böyük inkvizitor qarşıma çıxsaydı Onunla doyunca pivə içərdim Şəhərin ucuz kafelərindən birində. O məni başa düşərdi Dərdimi dağıdardım Qara kütləni söyərdim Axırda Ağac dibinə qusardım.   Artıq qaş qaralmışdı Yuxum gəlirdi Bir şüşə arağı başıma çəkdim Bar qızlarının qəhqəhəsi Küçə itlərinin hürüşməsinə qarışmışdı Onları keçib Səs yox, işıq gələn tərəfə getdim Uzaqda bir fənər yanırdı Yaxınlaşdım bir evin pəncərəsinə Div hönkür-hönkür ağlayırdı Bir qızın dizləri üstdə... Göz yaşlarına mane olmağa Cəsarətim çatmadı. Pəncərə altda oturdum Ətrafa nəzər salıb gözlərimi yumdum   Gecə idi Fənər idi Ağac idi Mən idim Bir də divin göz yaşları.  

Pulemyot haqqında şeir   Mini poema   Yarıçılpaq heteralara and verirəm Ey soyuqqanlı pulemyot Bir sən çatışmırsan Mənəviyyatımızda ədəbiyyatımızda hissiyatımızda Dünən inanmazsan Yenə yuxuda səni görmüşəm Korçaginlə qucaqlaşmışdın Hətta bir az mehribanlaşmışdın...   Oyandım yuxudan Novruz axşamı Səs çağırırdı məni Qaçdım pəncərəyə tərəf Bir qara kölgə Daş üstə qonub oxuyurdu Kədər mahnısı “Daşdın yenə dəli könül Sular kimi çağlarmısan”   Bugün şəhərdə Maska gəzdirən adamları Dünənkindən çox gördüm Biri oğraşlıq maskası taxmışdı Biri əclaflıq O birisi yaltaqlıq Digəri murdarlıq İdeyalar qəbiristanlığı ölkəmin Parıltılı paytaxtında Adam azdı maska çox Darıxmaq belə adama əyləncəli gəlir... Həmin adamları Divar dibinə düzüb Güllə-ləyər-dim Ürəkdən deyərdim “Alın-ha Yana-yana Qalın-ha” Güllələr uçardı Maskalar düşərdi Mənim gözlərim yaşardı...   Ey soyuqqanlı pulemyot Ey dəmir xəyal pərisi Söz verirəm Apollon tanrısına Mer olsam sənə heykəl qoyacam Öz əllərimlə Bakının ən gözəl yerində.   xxx

Şairin son sözləri Yağışlı bir gün, Xəstəxananın reanimasiya şöbəsinə gətirdilər, Bir ahıl xəstə şairi. Xərəkdə Bəzəkdə Düzəkdə. Xəstə qıvrılırdı Can verirdi Ağzında söz, əlində qələm tir-tir əsirdi. belə olmuşdu hadisə Şair buludlarda gəzərkən Ayağı sürüşüb Yıxılmışdı yerə Həkimlər xəstəyə Diaqnoz qoydular: Xəstə ağır şair olub Hündürdən yıxılıb Travma alıb. On il yatdı Həmin söbədə Elə bil həbsxanada yatırdı Zalımın balası. Bir gün yeni il axşamı uçuşurdu səmada qara qarğalar. Onlardan yuxarda Qara buludlar. Xəstə ayıldı yuxudan Su gətirdilər dilə gəlib belə söylədi Məni basdırarsız Qəbir olmayan yerdə Ümid olmayan yerdə Məni basdırarsız Şair olmayan yerdə.

Mükəmməl dünya  Hüseyn Cavidin xatirəsinə  Bisey yalqızlığını keçəndən sonra Körpü qaldı geridə Şam öz kölgəsində itdi Söndü gümüşü ay Yox oldu arxadakılar Qaranlıq oldu Sonra dəyişildi hər şey Itdi hər şey Dirilər öldü Ölülər dirildi Hər tərəfdə bir günəş var Bu yerdə hər söz bir tanrıdı. Onda başa düşdüm Bura mükəmməl dünyadı Mən öz tanrımı axtardım Mənim tanrım gözəllikdi, sevgidi. Axtardım yoruldum Gücdən düşdüm Ümidin sonundaydım bir əl tapdı məni Qəlbimi aldı çıxardı Onu götürdü girov Və mən oldum onun əbədi əsiri... Qayıtdı hər şey əvvəlki oldu Baxdım ki bu mənim getdiyim yoldu.     Elçin Mann