Dekabrın 9-da "Kitabevim.az" mağazasında yazıçı Əjdər Olun oxucularla görüşü keçirilib.
“Hədəf” Nəşrlərindən Parafraz-a verilən məlumata görə, görüş “ATV kitab” və “Hədəf” Nəşrlərinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Hədəf” şirkətinin direktoru, yazıçı Şəmil Sadiq, “ATV kitab” layihəsinin rəhbəri, şair-tərcüməçi Səlim Babullaoğlu, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, şair Musa Yaqub və başqaları çıxış edib, Əjdər Olun yaradıcılığı barədə öz fikirlərini bölüşüblər. Portret-hekayələr ustası Əjdər Ol öz yaradıcılığı, eləcə də, ümumi ədəbi müddəlar haqqında danışıb, oxucuların suallarını cavablandırıb.
Sonda “ATV kitab” və “Hədəf” Nəşrlərinin birgə layihəsi olan “Çağdaş nəsrin ustaları” seriyasında çap olunmuş “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabının imza mərasimi keçirilib.
[gallery ids="25300,25301,25302,25303,25304,25305,25306"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür