“"Şərq-Qərb" nəşriyyatında nəşr edilən kitabların siyahısına yazıçı-jurnalist Rafiq Hacıyevin "Əhsən sənə, Əhsən!" kitabı da əlavə edildi. Kitabda ustad tarzənin həyat və yaradıcılığından söhbət açılır, müxtəlif sənət adamlarının, şəxsiyyətlərin onun haqqında xatirələri yer alır. Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitabı əldə edən oxucular bu böyük sənətkarla bağlı maraqlı faktlar öyrənə biləcəklər: “Məsələn, xarakterində qəribəliklər olan xanəndə Qədir Rüstəmovun “Sona bülbüllər”i oxuyub lentə yazdırması üçün Əhsən Dadaşov televiziyada düz 34 dəfə çəkiliş təşkil edib... Məhz onun bu cəhdi və zəhməti nəticəsində Azərbaycan xalqı bu böyük xanəndəni kəşf etmiş olub. Kitabda virtuoz tarzənin şəxsi keyfiyyətlərinə də işıq salınır. Onun, əslində, kövrək insan olduğu, “Sona bülbüllər”i ifa edərkən belə göz yaşını saxlaya bilmədiyi kimi faktlar da oxucuların marağına səbəb olacaq”. Əhsən Dadaşovun 95 illik yubileyi üçün yazılan bu kitab sənətsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür