Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Xalça Muzeyinin direktoru Röya Tağıyeva tutduqları vəzifələrdən azad olunublar. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin bu gün keçirilən kollegiya iclasında bildirib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin olunub. Ə.Qarayev vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında təqaüdə göndəriləcək. “R.Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”. Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür