Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə ixtisarlar olacaq. Bunu mətbuata açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, gələn il muzeylərdə də islahatlar aparılacaq: "Rayonlarda bəzi muzeylərin daxili mühiti o qədər səviyyəsizdir ki, həmin muzeyin olub-olmaması haqqında danışmağa dəyməz. Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə də ixtisarlar olacaq. Ancaq yaxşı təşkil olunmuş, real tarixi əks etdirən muzeyləri saxlayacağıq". Ə.Qarayev bildirib ki, yerlərdə muzeylərin fəaliyyətinin gücləndirilməsi üçün səylər artırılmalıdır. Nazir bu baxımdan muzeylərin təşəbbüskarlığının və muzeylərdə nizam-intizamın olmasını da vacib hesab edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür