Dekabrın 23-ü, saat 15.00-dan 17.00-dək kitabevim.az mağazalar şəbəkəsinin 28 may filialında yazıçı, jurnalist İlham Tumasın “XAN” nəşrlərinin “Çağdaş ədəbiyyat” seriyasında yeni çap olunmuş “Dünyanın gizli ocağı: Vatikan” kitabının təqdimat və imza günü keçiriləcəkdir.
Kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabdan Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlər oxuyacaqsınız.
“2018-də mütləq qiyamət qopacaq. Mişel de Notrdam deyib ki, həmin il nüvə müharibəsi başlayacaq. İşdi, Notrdamın dediyi olmasa, əmin olun, 2021-də bu hadisə mütləq baş verəcək. Onda da Yer kürəsinin maqnit sahəsi “xarab olacaq”, bəşəriyyətin sonu çatacaq. İşdi, birdən bu da alınmasa, özünüzü 2036-dan qoruyun. Həmin il Apofis adında bir asteroid Yerlə toqquşmalıdı, “söz verib”. Apofis “sözündən çıxsa”, 2060-ı gözləyin. İsaak Nyuton boyda alim Bibliyadan Daniilin kitabına əsasən hesablayıb ki, Apokalipsis gələcək. Əgər Nyuton boyda adam da səhv edibsə, onda 2242-yə hazırlaşın.”
Qeyd edək ki, kitabın qiyməti 5 manatdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür