senetaz

Həsən Əliyev 80 D

02 Avqust 2017 222

Dəstə - Cəlil Məmmədquluzadə

Dəstə - Cəlil Məmmədquluzadə

images - Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz. - Çeşm, çeşm! Şərəfyab olarıq inşaallah. Buyurdunuz nə vaxt gələk? - Üç yarımda. - Yəni necə üç yarımda? - Bəli, üç yarımda, dəstədən üç saat yarım keçmişdə. - Hacı ağa, üç yarım keçəndə bivaxt olar. Xahiş edirəm günortadan  qabaq cəm olaq; günortadan sonraya üzrüm var. - Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarım keçəndə. - Hacı ağa, indi başa düşdüm, siz irani hesab ilə fərmayiş edirsiniz. Çün mənim saatım alafranqa qurulub, o səbəbdən iştibah etdim. Xub, buyurursunuz dəstədən üç yarım keçəndə? - Bəli, Mirzə ağa, üç yarım keçəndə. - Hacı ağa, bağışlayınız, mənim alafranqa saatım üç yarım keçəndə, bizim alafranqa hesabilə saat neçə olur? - Mirzə ağa, üç yarım keçəndə təqribən axşam azanına səkkiz saat yarım qalır. - Hacı ağa, bağışlayınız, mənim alafranqa saatım günortadan-günortaya qurulur; görəsən üç yarımı ki, buyurursunuz günortadan nə qədər qabaq olacaq? - Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarım qalır. Xeyr, gərək ki, dörd saat qala. - Xeyr, Hacı ağa, gərək az qala. - Xeyr ağa! Bizim hesabda təqribən dörddən bir az-maz kəm qalır. - Xeyr, ağa bizim hesabda saat doqquz olur. - Xeyr, ağa bizim hesabda saat üç yarımdır. - Xeyr, ağa, təqribən dörddən bir az-maz kəm qalır. - Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarım ola. - Xeyr ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? - Yəni günortaya təqribən... qoy hesab edim, yəni təqribən dəstədən yarım, bəli, üç yarım, axşam da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik... Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sonra gəldi, bir neçəsi iki saatdan sonra cəm oldu, qalanları da heç əbədən gəlmədi; çünki bilmədilər, dəstə hesabilə gəlsinlər, ya alafranqa hesabilə. Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu. “Molla  Nəsrəddin”,  20 rəcəb,  1339 (31 mart,  1921),  N 4