Senet.az saytı C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından əldə etdiyi xəbərə əsasən Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” Minsk Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 4-11 noyabr tarixlərində Belarusiyanın Minsk şəhərində baş tutacaq. “Dərs” festivalın “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək.
“Listapadik” müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb “Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutmuşdur.
“Dərs” Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür