“Art Tower” rəsm qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.
Bu barədə Senet.az-a “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, festivalda batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır.
İştirakçılar əsərlərinin fotosunu sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər. Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür