Daha iki teatr 143-cü teatr mövsümünün açılışını edib. Sentyabrın 18-i Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə açıb.
Tamaşada Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Elşən Cəbrayılov, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Şəhla Əliqızı, Ləman İmanov, Sərdar Rüstəmov, Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov və başqaları çıxış ediblər Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında isə mövsümün açılışında "Şəhrizadın daha bir gecəsi" tamaşası təqdim edilib.
Tamaşanın ideya müəllifi və rejissoru Xalq Artisti İranə Tağızadədir. "1001 gecə" nağıllarının motivləri əsasında yazılmış pyesin müəllifi Valentina Reznikovadır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür