Dağlarımız bizi çağırırdı…
Yuxularımızı qarışdırırdı
Xarı bülbülün xoş rayihəsi…
Oyadırdı bizi əbədi bədbin yuxudan
Qarabağın şikəstəsi!
Su içirdik İsa bulağından qurtum-qurtum…
Dizlərimiz qanasa da, taqətdən düşsək də,
bircə kəlmə kifayət idi,
bütün dünyanı unutmağımıza,
Azərbaycan, yurdum, yurdum!
Yol gedirdik yuxularımızda, Şuşaya, Kəlbəcərə,
Xankəndinə, Xocalıya doğru…
Dərs gözləyirdi bizdən, yağı, qorxaq, oğru!
Qan ləkəsi sıçramışdı xarı bülbülün ləçəklərinə…
Gülüşlərimiz qırıq-qırıq,
xoşbəxtliyimiz yamaqlı idi.
Titrədirdi səmalarımızı şəhidlərin göz yaşı…
Səsləyirdi bütün, bütöv Azərbaycanı…
Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam,
Cəbrayıl, Zəngilan, Qubadlı!
Səsləyirdi Turan ellərini, türkü!
Vətən hardanmı başlar?
Vətən ruhdan…könüldən!
Xocalıdan, Naxçıvandan, Borçalıdan,
Təbrizdən, Qarabağdan başlar!
İntiqam isə… 613, 63,106, 70-dən,
1991,1992, 1993-dən!
Dəyişdikcə dünyanın ağlasığmaz nizamı,
Sağalırdı xalqın inamı, poladlaşırdı ürəyi.
Dolmurdu artıq analarımızın gözləri,
Unudulmurdu işğal tarixi!
Dağlarımız bizi çağırırdı…
Qarabağa “gəl” deyirdi,
Natəvanın, Vaqifin, Zakirin, Bülbülün ruhu…
Çağırırdı bizi nazlı siren ədasıyla
Azərbaycan, yurdum, yurdum!!
Salam, vətən, salam, ana!
Sil gözünün yaşını, vaxt yetişdi!
Qarşıla övladını, gəldik,
Hamımız əsgərik!
Hamımız Qarabağıq,
Qarabağ da, Azərbaycandır!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür