“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edir. Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:
- Müəllifin adı və soyadı (təxəllüsü)
- Müəllifin əlaqə nömrəsi
- Times New Roman şrifti ilə word faylında, ən azı 2000, ən çoxu 5000 boşluqsuz işarə sayında hekayə.
Müsabiqəyə təqdim olunan hekayələr Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür