“Çölçü” filmi beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.
Filmin rejissoru Şamil Əliyev qeyd edib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən elmi konfrans “İslam dünyası və kino” mövzusuna həsr edilib. İslam dünyasına aid beş rejissorun filmi həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri də həmin konfransda nümayiş və təhlil olunacaq.
Şamil Əliyev filminin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görüb. O, “Çölçü”nün Çikaqoda “Art House Blow-UP” film festivalında Antonioni və Tarkovski mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür