Nyu-Yorkda yerləşən “Sotheby’s” Auksion Evində rəssam Si Tuomblinin “Adsız” əsəri 70,5 milyon dollara satılıb. Bu rəqəm sənətçinin əsərinə ödənmiş ən yüksək məbləğdir. Si Tuomblinin digər əsəri isə 2014-cü ildə 69,6 milyon dollara satılmışdı. O, bu əsəri köməkçisinin çiyinlərinə çıxaraq çəkmişdi.
“Pop art”ın məşhur siması Andi Uarholun çəkdiyi Çin Komunist Partiyasının qurucusu Mao Zedonqun portreti isə auksionda 47,5 milyon dollara satılıb.
Cekson Pallokun 1949-cu ildə çəkdiyi “17 nömrə” adlı əsəri 22,9 milyon, Frankis Bakonun “Portret” əsəri isə 15,7 milyon dollara alıcı tapıb.
İtaliyan sənətçisi Lusio Fontananın “Concetto Spaziale, Attese” adlı əsəri 16,1 milyon dollara satılıb. Fontananın həyat yoldaşı Teresitaya hərs etdiyi əsər 2008-ci ildə Londonda 1,2 milyona, 2015-ci ilin əvvəlində isə 12,9 milyona satılmışdı. “Sotheby’s” Auksion Evində “Müasir sənət” bölməsində ümumillikdə 294,6 milyon dollar satış olub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür