Şair Cəlil Cavanşirin “Xan” Nəşriyyatında “Miladdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Müəllifin verdiyi məlumata görə, kitabda son illərdə yazdığı şeirlər toplanıb: “İlin əvvəlində bir daha kitab çap etdirməyəcəyimə söz versəm də sözümü tuta bilmədim. Anladım ki, kitabsız, ədəbiyyatsız yaşamaq çox çətindir. Eyni zamanda, şeirlərimə tələbat olduğunu müşahidə etdiyim üçün, yeni şeirlər kitabı ilə oxucularımı sevindirmək isədim. Hər zaman olduğu kimi, bu dəfə də dostum və naşirim Müşfiq Xan arzumu həyata keçirmək üçün əlindən gələni etdi. Digər dostum Sevinc Çılğın da kitabın redaktəsini öz üzərinə götürdü və beləliklə, kitab hazır oldu. Şeirsevərlər üçün çox maraqlı kitab olacağını düşünürəm. Xüsusilə, gənclər tərəfindən kitabın maraqla qarşılanacağına əminəm”. 14 dekabrda Bapbalaca bukkafedə kitabın təqdimatı keçiriləcək. O cümlədən, “Miladdan sonra”nın bir sıra rayonlarda təqdimatı nəzərdə tutulur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür