Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, mayın 5-i, 6-sı və 7-də “Qızıl toy”, “Yağış göbələyinin macərası”, “O olmasın, bu olsun”, “Yatmış gözəl və cırtdanlar” və “Baladadaşın toy hamamı” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlarının ifalarını izləyə biləcəklər.
Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, mayın 6-da “Yağış göbələyinin macərası” rus dilində, 7-də isə “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür