Oktyabrın 3-də Britaniyanın məşhur teatr dərnəyi “Shakespeare’s Globe” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet” tamaşasını nümayiş etdirəcək.
Senet.az xəbər verir ki, tamaşanın nümayişi British Council və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, “Shakespeare’s Globe” teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Şekspirin anadan olmasının 450 və vəfatının 400- cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınədək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.
Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.
Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür