Dekabr ayından etibarən Britaniyada ən çox uğur qazanmış tamaşalar Bakıda nümayiş olunacaq. Senet.az xəbər verir ki, "British Council Azərbaycan"-ın təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində tamaşaçılar "Milli teatr", Şekspirin "Qlobus teatrı", "Royal Şekspir" şirkəti, "Royal Opera Haus Kovent Qarden" və s. dünya səviyyəli teatrlarının tamaşaları paytaxtın kinoteatrlarında canlı izləyə biləcəklər. TheatreHD layihəsi çərçivəsində ilk tamaşa Benedikt Kamberbeçin iştirakı ilə Uilyam Şekspirin "Hamlet" əsəri olacaq. Tamaşa dekabrın 8-də saat 19.00-da "Nizami" kino mərkəzində baş tutacaq. Ikinci tamaşa dekabrın 15-də saat 19.00-da həmin mərkəzdə nümayiş olunacaq Tom Hidlestonun iştirak etdiyi "Koriolanus" tamaşasıdır. Biletləri kinoteatrın kassalarından əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür