
Yaşadığımız ərazilərdə elə bir məkan var ki, oraya istər-istəməz hamımızın yolu düşür. Adına "aptek" də deyilir, "əczaxana" da, amma dilimizdə "aptek" sözü daha çox işlənir.
Bu söz dilimizə gəlib çatana qədər bir xeyli yol qət edib. Əvvəlcə yunan dilində "kənara qoyuram, gizlədirəm" mənası verən "apotithemi" feilindən "apotheka" səklində yaranmış söz elə olduğu səkildəcə latın dilinə keçib. Sonra latın dilindən alman dilinə adlayıb və bu zaman şəkli bir az dəyişilib, "apotheke" formasına düşüb. Avropa ölkələrində səyahətini davam etdirən söz Polşaya çatanda formaca yenidən dəyişikliyə uğrayıb, bu dəfə "apteka" görkəmi ilə tanınmağa başlayıb. Nəhayət, XV əsrin sonlarında Rusiyaya təşrif buyurmuş sözü ruslar polyaklardan formasını dəyişdirmədən qəbul edib, əczaxanaların qarşısına asdıqları lövhələrə "Apteka" yazıblar.
Günlərin bir günü "apteka" Azərbaycan dilinə də keçib, lakin bizimkilər dilimizə rus dilindən keçmiş bir sıra sözlərdə olduğu kimi (məsələn: proqram, rezin, raket, qrup və s.) sözün sonuncu hərfini ixtisar etdikdən sonra ona vətəndaşlıq hüququ veriblər.
Bəs "aptek(a)" sözünün açması nədir? Sözün ikinci hissəsi "teke" yunanca "qutu, yeşik" mənasındadır (Yeri gəlmişkən, bu sözə "biblioteka", "kartoteka", "filmoteka", "fonoteka" sözlərinin tərkibində dəfələrlə rast gəlmişik). Bu söz işləndiyi bütün sözlərin tərkibində "qoruma yeri" mənasına xidmət edir. "Apo" isə sözönüdür və bir mənası da "birlikdə, birgə" deməkdir. "Apoteke" sözü yarandığı dövrdə, ümumiyyətlə, “anbar, saxlanc yeri" mənası versə də, zaman keçdikcə məna konkretləşib, yalnız "dərman anbarı, tibb ləvazimatları köşkü" mənasını ifadə etməyə başlayıb.
İmarət CƏLİLQIZI
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür