
Rafael Rzayev
Bir esse…
Fotqraf Dadaş Adnanın ardından…
Həyata dair düşüncələr, anlayışlar və bağlılıqlar fərqlidir bu şəhərdə. Hansı ki, sıxıcı, ürəkbulandırıcı cəmiyyətin içində rəngli zövqləri, fikirləri və baxış bucağı olan dostlar çox azdı. Azlıqlar içində çoxluqlar yaratmağa hazır idik səninlə. Dəyişəcəkdik cəmiyyətin palçıq qoxan düçüncələrini, dəyişəcəkdik musiqi zövqlərini, dəyişəcəkdik gördüklərini və görmək istədiklərini, dəyişəcəkdik baxdıqları filmləri və fotoları….
Sən uzaqda idin, mənsə o uzağın həmən yaxınlığında bir yerdə. Paylaşmağa hazırdıq her şeyimizi insanlarla. Onların yaşadıqlarını, onların hiss etdiklərini, onların əməyini onlarla paylaşmağa hazır idik. Çəkməyə hazırdıq bütün saxta baxışlara rəğmən, çəkməyə hazırdıq bütün saxtalıqlar içində. Sevməyə hazırdıq nifrət qoxan münasibətlər içində və sən çox sevdin, sən çox bağlandın, sən çox aşıq oldun onlara, çünki, onlar səni bağlamışdı bu həyata. Sən heç birşey gözləmədən yaşayaraq savaşdın bu həyatda. Sənin xeyirlərin güdülmədi maddi dəyərlər arxasında. Sən ancaq və ancaq xeyirin paylaşmaq olduğunu bilirdin. Sənə edilən hər haqsızlıq səni daha çox güclü edirdi. Mən səni tək qoymaq istəmirdim bu nankör insancıqların arasında. Ama sən özün tək getdin mənim buraxmamağıma rağmən. Səni çiyinlər rahat daşıdı bu həyatdan çünki o çiyinlərdə sənin ağırlığın yox idi. Sənin mərhəmətin yetdi o çiyinlərə səni daşımaları üçün. Torpağın soyuq idi və üşüməyəsən deyə çoxlu daşlarla örtdülər, yetmədi mərmər döşədilər ancaq, bilmədilər sənin istiliyin ürəyində idi…Hələlik Dostum…Salamat get və salam söylə ordakı sevdiklərimizə…
***

Bir şeir…
Çiynimdəki ağırlıq
bağırtılar arasında sükuta qərq olmaq,
doğrular arasında yaşlanmaqdır.
Bəlkə qorxuların səni güçsüzlüyə aparar
daxilin səni hırpalayar durmadan.
Savaş açarsan beyninə
təzyiqlərə məruz qalmadan uzaqlaşarsan.
Xəzan olmuş düşüncələrinin
süpürülməsi lazım gəldiyində
külək öz işini görəcək.
Barakalar yaradırıq içimizdə
gizli qalmış keçmişimizin
yaşamağa məcbur olduğu barakalar.
Qarşısında quduz çoban itləri
hürüyüb dururlar
Heçkim o barakalara yaxın dura bilməz!!!
Bəzən gələcək üçün qurduğumuz xəyali keçmişimiz
bizi içimizdəkilərlə müalicə edir
Bağlanmaq qədər aciz olan insan
itirmək qorxusuna yenik düşür .
Çiyinlərdəki ağırlıq
qalmaqal bir həyatın zəlzələsidir…
Bir foto…
Uşaqlıq…

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür